AMEA-nın Naxçıvan Bölməsinin əməkdaşlarının 455 elmi əsəri çap olunub

182

NUHÇIXAN xəbər verir ki, AMEA-nın Naxçıvan Bölməsi rəyasət heyətinin 2018-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Akademiyanın  sədri  İsmayıl Hacıyev qeyd edib ki, ötən dövrdə 6 elmi istiqamət üzrə 7 mövzunu əhatə edən 36 iş 84 mərhələdə yerinə yetirilib. Bölmə əməkdaşlarının  455 elmi əsəri nəşr edilib. Onlardan  102 əsər xaricdə  çap olunub. O cümlədən 5 kitab, 301 məqalə nəşrə təqdim edilib. 3 dildə “Qarabağlar Türbə Kompleksi” kitabı nəşr olunub. Eyni zamanda “Naxçıvan  coğrafiyası” kitabının  ikinci cildi hazırlanaraq çapa təqdim edilib. Qurumun 40 əməkdaşı respublikada  və xaricdə keçirilən  20 beynəlxalq tədbirdə  məruzələrlə  çıxış edib.

Bölmə əməkdaşlarının məruzə ətrafında çıxışları olub.

Sonda akademiyanın sədri İsmayıl Hacıyev qeyd edib ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında qarşıya qoyulan vəzifələrə görə bölmədə elmi tədqiqatların səmərəliliyi artırılmalıdır.

Gülməmməd Əliyev

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: