AMEA-nın Naxçıvan Bölməsi şagirdlərə virtual dərs təşkil edib

67

AMEA-nın Naxçıvan Bölməsində “Eynəli bəy Sultanov taleyi və sənəti” mövzusunda interaktiv dərs keçirilib.

NUHÇIXAN xəbər verir ki, dərs muxtar respublikanın 200-dən artıq  tam orta məktəbində izlənib. Dərsi bölmənin  İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədov aparıb. Şagirdlərə Eynəli bəy Sultanovun həyatı və yaradıcılığı haqqında geniş məlumat verilib.  XIX əsrin 80-ci illərindən başlayaraq dövrün mətbuat orqanları ilə əməkdaşlığa başlayan Eynəli bəy Sultanov “Tərcüman”, “Həyat”, “İrşad”, “İqbal”, “Molla Nəsrəddin”, “Yeni fikir”, “Şərqi-rus”, “Yeni yol” və digər qəzet, jurnal və məcmuələrdə müxtəlif mövzulu yazılarla çıxış edib. Naxçıvanda “Ziyalı məclisi” kimi ədəbi mədəni mərkəzlər yaratmaqla həmyerlilərinin maariflənməsinə çalışıb. O, 1924-cü ildə latın əlifbasına keçidlə bağlı müzakirələrdə aktiv iştirak edib, hətta bu illərdə “Yeni əlifbanın ən yaxşı təbliğatçısı” adını alıb. Maarifpərvər ziyalı   həmçinin bədii yaradıcılıqla da məşğul olub, 46 hekayə, 3 dram əsəri, bir sıra şeir və  tərcümələr yazıb.

Eynəli bəy Sultanovun “Məqalələr” kitabı  “Oxunması zəruri olan kitablar” arasında yer alıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: