AMEA Naxçıvan Bölməsində tədbir olub

140

NUHÇIXAN xəbər verir ki, AMEA Naxçıvan Bölməsində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Heydər Əliyev- əbədiyaşar lider” mövzusunda tədbir keçirilib.

Tədbirdə AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev müasir müstəqil Azərbaycanın qurulmasında, inkişafında və dünyaya tanıdılmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən,  dövlət müstəqilliyimizi bərpa etdikdən sonra ulu öndərin ölkəmizdə elmin inkişafına göstərdiyi qayğıdan danışıb.

“Ümummilli lider Heydər Əliyev siyasi xətti və quruculuq yolu Azərbaycanın uğurlu gələcəyidir”, – deyən akademik İsmayıl Hacıyev ulu öndərin siyasətinin, əbədiyaşar ideyalarının bu gün ölkə başçısı və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.  

Daha sonra AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev “Heydər Əliyev-əbədiyaşar lider” mövzusunda məruzə edib.

Mədinə Rəhimli

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: