AMEA Naxçıvan Bölməsində elmi konfrans keçirilib

182

“Araz-Türk Respublikası Naxçıvanın erməni işğalından qorunmasında mühüm rol oynayıb”- NUHÇIXAN xəbər verir ki, bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində “Araz-Türk Respublikası: yaranması, fəaliyyəti, nəticələri” mövzusunda keçirilən elmi konfransda səsləndirilib.

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Araz-Türk Respublikasının yaradılmasını zəruri edən amillər, fəaliyyət dövrü və qazanılan uğurlar barəsində məlumatları konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Tarix üzrə fəlsəfə doktorları Yaşar Rəhimov, Emin Şıxəliyev, Toğrul Xəlilov və Musa Quliyev Araz-Türk Respublikasının yaranması ərəfəsində bölgədə ictimai-siyasi vəziyyət, erməni işğalçılarından qorumaq uğrunda mübarizə, Azərbaycan Xalq Cümhuriyyəti ilə əlaqələrinə dair, eləcə də Araz-Türk Respublikasının  fəaliyyətində  Naxçıvan hərbiçilərinin iştirakları barədə faktları  konfrans iştirakçılarının diqqətinə çatdırıblar.

Qeyd olunub ki, Araz-Türk Respublikasının mövcudluğu həm də sonrakı mərhələdə beynəlxalq Moskva və Qars müqavilələrinin bağlanmasında mühüm əhəmiyyət kəsb edib. Məhz həmin müqavilərlə Naxçıvanın muxtariyyət statusu təsbit olunub. Bu mənada yaradılmasından 100 il keçən  Araz-Türk Respublikası Azərbaycanın dövlətçilik tarixində xüsusi əhəmiyyətə malikdir.

Röyal Kərimov

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: