AMEA Naxçıvan Bölməsi ötən il mühüm nailiyyətlər əldə edib

118

NUHÇIXAN xəbər verir ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin  doqquzuncu  sessiyasında verilən tapşırıqların icrası  və qarşıda  duran vəzifələrlə əlaqədər  AMEA Naxçıvan Bölməsində kollegiya iclası keçirilib.

İclasda   bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, 2018- ci ildə bölmənin tərkibindəki elmi qu­rum­­larda təs­diq edilmiş plana uyğun olaraq 83 mərhələ üzrə tədqiqat­lar tamamlanıb və 11 mü­hüm elmi nəticə əldə olunub. Bölmə əməkdaşları 2018-ci ildə Naxçıvanda aparılan beynəlxalq arxeoloji eks­pe­disi­ya­da, iyun-iyul aylarında Naxçıvan şəhəri ya­xın­lı­ğın­da yerləşən Naxçıvan tə­pə yaşa­yış yerində və Duzdağda aparılan arxeoloji qa­zıntı­larda iştirak ediblər.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tövsiyəsi əsasında Naxçıvan Mux­­tar Res­pub­likası Ali Məclisinin Səd­ri yanında Bilik Fondunun və AMEA Nax­çıvan Böl­məsi Rə­ya­sət Heyətinin təs­diq etdiyi İş planı əsasında “Naxçıvan coğrafiyası” monoqra­fiya­sının ikinci cildi çap olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qara­bağ­lar Türbə Kompleksi­nin bər­pası və tədqiq olunması haq­qın­da” 2016-cı il 4 iyul tarixli Sə­rən­camına  əsasən Qa­rabağlar Türbə Kompleksində bərpa işlərinin elmi və tarixi əsaslarla apa­rılmasını təmin etmək məq­sə­dilə AMEA Naxçıvan Bölməsində “Qa­rabağlar Türbə Kom­pleksi” tədqiqat qrupu yaradılıb. Abidə ilə bağlı mate­ri­allar hazırlanıb, ingilis və rus dillərinə tər­cümə edilib. Tarixi abidə­ haqqında kitab hazır­lanıb və çap olunub.

Vurğulanıb ki, 2018-ci ildə AMEA Naxçıvan Bölməsinin əməkdaşlarının 23 monoqrafiyası, 15 ki­­ta­bı, 4 kitabçası, 3 metodik vəsaiti, 555 elmi məqaləsi, 213 konfrans materialı, 7 te­zi­si olmaq­la820 elmi əsəri nəşr edil­­­ib. Əsərlərdən 2 monoqrafiya, 87 elmi məqalə, 75 konfrans ma­terialı və 3 tezis ol­maqla 167-si xaricdə çapdan çıxıb. Elmi məqa­lə­lərdən 48-i impakt faktorlu jur­­nallarda çap olun­ub. Tədqiqat dövründə 6 monoqrafiya və 229 mə­qalə  çapa təq­dim olunub.

İsmayıl Hacıyev qeyd edib ki, hesabat dövründə Təbii Ehtiyatlar İnstitutunun əmək­daşları tərəfindən “Şorsu” pal­çı­ğının kim­yə­­vi tər­kibi analiz edilib, palçığın qatılaşdırılma, qurudulma meto­di­kası, tex­niki şərt­­ləri hazırlanıb, iki növdə müalicəvi dərman məhsulları qablaşdı­rı­la­raq istifadəyə verilib.

2018-ci ildə AMEA Naxçıvan Bölməsində 2 respub­li­ka səviyyəli qrant la­yi­hə­si­nin ic­ra­sı başa çatıb və hesabat Azәr­baycan Respublikasının Prezidenti yanın­da El­min İnkişafı Fon­duna təqdim edilib.Bölmə əməkdaşlarının təqdim etdiyi 1-i beynəlxalq olmaqla 3 qrant layihəsi qalib olub.Bölmədə 1 beynəl­xalq, 13elmi kon­frans, 9 iclas və tədbir,46 seminar keçiril­ib. Bölmədə 13 kitab və mono­qrafiyanın təq­dimatı, Oxunması zəruri olan 10 ki­ta­bın mü­za­kirəsi aparılıb.

Bölmənin elektron porta­lına mühüm hadisə­lər, maraqlı məlumat, müdafiə edən əməkdaşlar, keçirilən təd­birlərlə əlaqə­dar məlumatlar əlavə edilib, Batabat AstrofizikaRə­səd­xa­na­sının saytı  hazırlanıb istifadəyə verilib.

Vurğulanıb ki, AMEA Naxçıvan Bölməsinin 12 nəfər elmi əməkdaşı in­­teraktiv dər­s apar­­ıb ki, həmin dərsləri muxtar respublikanın 200-dən çox məktəbinin şagirdləri dinləyiblər.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev işdə yol verilmiş nöqsanlara da toxunub, onların aradan qaldırılması üçün tapşırıqlar verib. Qeyd edib ki, 2019-cu ildə kadrlarla komplektləşdirmə işi, eləcə də elmi-tədqiqat müəssisələrində tətbiqyönlü işlər gücləndirilməlidir.

Sonra məruzə ətrafında çıxışlar dinlənilib, 2019-ci ildə qarşıda duran vəzifələrdən danışıblar.

İclasa İsmayıl Hacıyev yekun vuraraq bildirib ki, AMEA Naxçıvan Bölməsi bundan sonrakı fəaliyyətini beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasından irəli gələn vəzifələrin icrası istiqamətində quracaq.

Sonda 2019-cu ilə dair İş  Planı təsdiq olunub.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: