Dekabrın 6-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Dövlət mükafatı laureatı, 1-ci dərəcəli “Əmək” ordenli Tahir Salahovun anadan olmasının 90 illiyinə həsr edilın elmi sessiya keçirilib.
NUHÇIXAN xəbər verir ki, tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli rəssamın yaradıcılığını yüksək qiymətləndirib, xüsusilə müstəqillik dövründə dekorativ sənətin inkişafında əldə etdiyi nailiyyətləri diqqətə çatdırıb.
Sonra Xalq rəssamı Ağəli İbrahimov görkəmli rəssamın yaradıcılıq uğurlarından danışıb.
Tədbirdə Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Ertegin Salamzadə “Sənətçinin əsərlərində roman mədəniyyətinin təzahürü” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə qeyd olunub ki, Tahir Salahovun yaradıcılığında İtaliya, Fransa, İspaniya, Meksika və digər roman ölkələrinin mədəniyyəti xüsusi yer tutur.