Dekabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Həyətində “Heydər Əliyev: Zaman, şəxsiyyət və əbədiyyət” mövzusunda elmi konfrans keçirilib.
NUHÇIXAN xəbər verir ki, tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq müasir müstəqil Azərbaycanın qurulmasında, inkişafında və dünyaya tanıdılmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən, dövlət müstəqilliyimizin bərpasından sonra Ulu Öndərin ölkəmizdə elmin inkişafına göstərdiyi diqqət və qayğıdan söz açıb.
Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Heydər Əliyev: Zaman, şəxsiyyət və əbədiyyət”, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu “Heydər Əliyev və Azərbaycan dili”, AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva “Heydər Əliyev və Azərbaycan elmi” mövzularında məruzə ilə çıxış ediblər.