AMEA-da “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” kitabının təqdimatı olub

111

Dekabrın 7-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru Nağdəli Zamanovun 3 cildlik “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” kitabının təqdimatı olub.

NUHÇIXAN xəbər verir ki, tədbiri giriş sözü ilə açan AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Mövsüm Nağısoylu kitab haqqında məlumat verib. Qeyd olunub ki, monoqrafiya 3 cilddən, 55 fəsil və yarımfəsildən, 1490 səhifədən ibarətdir. Birinci cilddə ümummilli lider Heydər Əliyevin nitqinin arxitektonikasına (nitqdə məntiqi ardıcıllıq, giriş və sonluqlar), nitqin ekspressivliyini yüksəldən elementlərə (nitqdə fəlsəfi fikirlər, səmimiyyət, qətiyyət, nikbinlik, proqnozlar, poetik çalarlar), eləcə də üslublara (elmi, publisistik, məişət, dini) xüsusi diqqət yetirilib. İkinci cilddə isə əsas və köməkçi nitq hissələrinin, sinonimlər və frazeoloji birləşmələrin üslubi imkanlarına diqqət yetirilib. Üçüncü cilddə isə ulu öndər Heydər Əliyevin nitqlərində etik və estetik mətnlər dilçilik nöqteyi-nəzərindən araşdırılıb. Müasir etikanın başlıca sahələri, hüquqi, iqtisadi, tibbi, ekoloji etikalar tədqiqat obyekti olub. Eləcə də bir sıra etik dəyərlər – ədalət, sədaqət, dostluq, cəsarət və s. ciddi araşdırılıb. Bu cilddə estetik dünyagörüşün formalaşmasında xüsusi əhəmiyyət kəsb edən gözəllik, faciə, komizm elementlərinə Ulu Öndərin şifahi, spontan nitqlərində diqqət yetirilib.

Tədbirdə digər çıxış edənlər də kitab haqqında fikirlərini bölüşüblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: