AMEA alimlərə adlı mükafatlar verdi

327

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) görkəmli elm adamlarının adına mükafatlara layiq görülmüş alimlərə akademiyanın illik ümumi yığıncağında mükafatlar təqdim olunub.

NUHÇIXAN-ın məlumatına görə, yarımkeçiricilərdə elektrik keçirmə mexanizminin aktual problemlərinə həsr olunan fundamental elmi tədqiqatlarına, nadir torpaq elementləri ilə aktivləşdirilmiş birləşmələr əsasında effektiv rəngli lümenessent şüalanma mənbələrinin tədqiqinə verdiyi mühüm töhfələrə görə akademik Bahadur Tağıyev AMEA-nın Nəsirəddin Tusi adına, biomüxtəliflik üzrə müasir elm sahələrində uzunmüddətli silsilə tədqiqatlarla əldə etdiyi mühüm elmi nailiyyətlərə və yüksəkixtisaslı kadrların hazırlanmasındakı xidmətlərinə görə AMEA-nın müxbir üzvü Zeynal Əkbərov AMEA-nın Həsən bəy Zərdabi adına, qeyri-kovalent əlaqələrin, “dopinq” və “spayder” effektlərinin zərif üzvi sintez reaksiyalarında və molekulların dizaynında rolunun müəyyən edilməsində, aktiv nano quruluşların sintezi, müxtəlif mühitlərdə stabilləşdirməsi və tətbiqi sahəsində tədqiqatlara görə akademik Abel Məhərrəmov AMEA-nın akademik Yusif Məmmədəliyev adına mükafata layiq görülüb.

Bundan başqa, Azərbaycan incəsənətində böyük xidmətlərinə görə xalq rəssamı Tahir Salahov AMEA-nın akademik Üzeyir Hacıbəyli adına, Azərbaycanda palçıq vulkanizmi sahəsində fundamental tədqiqatların inkişafına verdiyi mühüm töhfələrə görə geologiya-mineralogiya üzrə elmlər doktoru Adil Əliyev AMEA-nın akademik Musa Əliyev adına və Azərbaycan qədim dövr tarixinin tədqiqi və təbliğində xidmətlərinə görə akademik Nailə Vəlixanlı AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafata layiq görülüblər.

Qaliblərin hər biri 5 min manat məbləğində pulla mükafatlandırılır .

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: