“Amazon” neyroşəbəkəsi istifadəçinin səhhətini müəyyənləşdirəcək

141

“Amazon” texnoloji nəhəngi səsə görə istifadəçinin xəstəliyini və onun əhval-ruhiyyəsini müəyyənləşdirəcək süni intellekt üçün patent hüququ alıb. Gələcəkdə texnologiyanın “Alexa” səsli köməkçi funksiyasına inteqrasiyası gözlənilir.

NUHÇIXAN “Hightech” resursuna istinadən xəbər verir ki, ABŞ-ın tənzimləyici orqanı tərəfindən təsdiq edilən patentdə qeyd olunur ki, texnologiya həkimi əvəz etməyəcək – neyroşəbəkə xırıltı və ya öskürəyə görə istifadəçinin soyuqdəyməsini müəyyənləşdirərək ona dərmanlar sifariş etməyi təklif edəcək.

Məlumata görə, süni intellekt istifadəçinin əhval-ruhiyyəsini onun səs tembri və brauzer tarixçəsi əsasında analiz edəcək. İstifadəçinin daxil olduğu internet səhifələrini öyrənən neyroşəbəkə onun vəziyyətini müəyyənləşdirə biləcək. Məsələn, istifadəçinin sıxıntı və ya kədər hissi keçirməsi ilə bağlı qərar qəbul edəcək. Belə hallarda səsli köməkçi funksiya istifadəçinin məşğul olmaq istədiyi işlə maraqlanacaq və ya filmə baxmağı tövsiyə edəcək.

Gələcəkdə şirkət tərəfindən istifadəçinin əhval-ruhiyyəsini müəyyənləşdirən texnologiyanın psixi pozğunluqların diaqnozlaşdırılması üçün istifadəsi planlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: