Almaniyada gənc əhalinin sayı azalır

173

Almaniyada 2006-2016-cı illər ərzində 14-17 yaş qrupundakı gənclərin sayında təxminən 470 min nəfər azalma müşahidə olunub.

NUHÇIXAN Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Almaniya Federal Statistika İdarəsinin (Destatis) məlumatına əsasən, 2006-cı ildə ölkə əhalisinin 4,4 faizini təşkil edən 14-17 yaş qrupundakı gənclərin sayı 2016-cı ilin sonunda 3,8 faizə qədər azalıb.

Əhali sayına görə (82 milyon 850 min nəfər) Avropa İttifaqının ən böyük üzvü olan Almaniya vətəndaşları getdikcə yaşlanır. Destatis-in hələ 2015-ci ildə apardığı analizdə ölkədə yaşı 65-dən yuxarı olan insanların sayının artacağı vurğulanırdı. Belə ki, 2013-cü ildə Almaniyanın 80,7 milyonluq əhalisi arasında sayı 20 milyona çatan bu qrupun 2060-cı ildə 67,6 milyonluq əhalinin 33 milyon nəfərini təşkil edəcəyi proqnozlaşdırılır.

2020-ci ildən sonra yaşlanan əhalinin təsirlərinin iqtisadi və digər sahələrdə güclü şəkildə hiss olunacağı təxmin edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: