Almaniya millisinin futbol üzrə dünya çempionatı üçün genişləndirilmiş heyəti açıqlanıb.
NUHÇIXAN xəbər verir ki, 27 nəfərlik heyətdə zədə səbəbindən bütün mövsümü buraxan “Bavariya”nın qapıçısı Manuel Noyer də yer alıb.
Heyətə qapıçılar – Bernd Leno (“Bayer”), Manuel Noyer (“Bavariya”), Mark-Andre ter Stegen (“Barselona”), Kevin Trapp (PSJ), müdafiəçilər – Jerom Boatenq, Mats Hummels, Niklas Zyule, Yozua Kimmix (hamısı “Bavariya”), Mattias Qinter (“Borussiya” Münhenqladbax), Yonas Hektor (“Köln”), Conatan Ta (“Bayer”), Marvin Plattenxardt (“Herta”), Antonio Rüdiqer (“Çelsi”), yarımmüdafiəçilər – Yulian Brandt (“Bayer”), Yulian Draksler (PSJ), İlkay Gündoğan (“Mançester Siti”), Sami Xedira (“Yuventus”), Toni Kroos (“Real”), Leon Qoretska, Sebastyan Rudi (hər ikisi “Bavariya”), Məsut Özil (“Arsenal”), hücumçular – Mario Qomes (“Ştutqart”), Marko Roys (“Borussiya” Dortmund), Lera Sane (“Mançester Siti”), Nils Petersen (“Frayburq”), Tomas Müller (“Bavariya”) və Timo Verner (“Leyptsiq”) daxil edilib.
Almaniya millisi dünya çempionatının “F” qrupunda Meksika, İsveç və Koreya Respublikası yığmaları ilə qarşılaşacaq.
Qeyd edək ki, yekun heyətə 23 futbolçunun adı daxil ediləcək.