“Allahın gözəl adları” mövzusunda sərgi keçirilib
NUHÇIXAN xəbər verir ki, “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” devizi altında sərgi təşkil olunub. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda baş tutan sərgidə Türkiyə Böyük Millət Məclisinin sənət üzrə müşaviri, ebru sənətçisi Hikmət Barutçugilin rəsm əsərləri nümayiş etdirilib. Sərgi “Allahın gözəl adları” mövzusunda işlənən əsərlərdən təşkil olunub.
Türkiyə Böyük Millət Məclisinin sənət üzrə müşaviri, ebru sənətçisi Hikmət Barutçugil və rəssamın əsərlərinin kataloqunun tərtibatçısı Ahmet Taner Özər ebru sənəti haqqında iştirakçıları məlumatlandırıb və göstərilən qonaqpərvərliyə görə minnətdarlıq ediblər. Diqqətə çatdırılıb ki, sərgidə 47 tablo nümayiş olunur ki, onların üzərində Allahın 99 adı əks olunub.
Sonra türkiyəli sənətçilərə “Naxçıvan xalçaları” adlı kataloq hədiyyə edilib.
Sonda sərgiləyə baxış olub.
Gülməmməd Əliyev