Alimlər xərçəngin tez müəyyən edilməsi üsulunu tapıblar

128

Harvard Tibb Məktəbinin və Bar-İlan adına Universitetin mütəxəssisləri immun sisteminin fəallaşması ilə bağlı mexanizm aşkarlayıblar.

NUHÇIXAN “Medicalxpress” saytına istinadla xəbər verir ki, bu mexanizm müdafiə hüceyrələrinə xərçəng hüceyrələrini daha səmərəli şəkildə aşkarlamağa və məhv etməyə şərait yaradır.

Alimlər virusabənzər genlərin hüceyrələrdə markalamasını işə salan prosesi ətraflı öyrəniblər. Mütəxəssislər bu mexanizmi sıxdıqları zaman immun sistemi həmin andaca xərçəng hüceyrələri ilə, xüsusilə də ağciyər xərçəngi və melanoma (bədxassəli şişlər) hallarında fəal şəkildə mübarizə aparmağa başlayıb.

Tədqiqatçılar əmindirlər ki, bu kəşf onkologiyanın müalicəsində “inqilab” ola bilər. Daha əvvəl onkoloqlar xərçəngə səbəb olan ərzaqların adını çəkiblər. Buraya, ilk növbədə, şəkərəvəzediciləri, süni boyaq maddələri və aromatizatorlar daxildir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: