Alimlər qan qrupunu dəyişməyin yeni üsulunu tapıblar

172

Britaniya Kolumbiya Universitetinin bir qrup alimi A, B və AB qan qruplarını 0 Rh(-) qan qrupuna çevirmək məqsədilə yeni üsul kəşf edib.

NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, tədqiqatı həyata keçirən alimlərdən biri – Stefen Vithers A, B və AB qan qruplarında immunitet tərəfindən tanınan fərqli şəkər molekullarının olduğunu deyib. Vurğulanıb ki, 0 Rh(-) qan qrupunda isə belə molekul yoxdur. 1980-ci illərdən bəri şəkər molekulları üçün “qayçı” funksiyasını yerinə yetirən metod üzərində işlənilir. Nəticədə insan bağırsağındakı bakteriyalardan istifadə edilməklə belə bir üsul kəşf olundu. Tədqiqat zamanı 20 min nəcis üzərində iş aparılıb və qan qruplarındakı şəkəri məhv edən ferment sinfi aşkarlanıb. Yeni üsulun tətbiqi üçün təhlükəsizlik testləri həyata keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: