ABŞ-da aparılan yeni tədqiqatlar göstərib ki, Parkinson xəstəliyi bağırsaqlarda başlayır. Tədqiqatçı alimlər əlavə ediblər ki, apendiks (kor bağırsaq) beyin hüceyrələrini məhv edən zəhərli proteinlərin mənbəyi kimi Parkinson xəstəliyi ehtimalını artırır. Kor bağırsağı kəsilib götürülən insanlarda bu xəstəliyə yaxalanma ehtimalı da azdır.
NUHÇIXAN BBC-yə istinadla xəbər verir ki, Miçiqandakı Van Andel Universitetində aparılan tədqiqatlar zamanı müalicəsi olmayan bu xəstəlikdən əziyyət çəkən 1,7 insanın son 50 ildə tərtib olunmuş xəstəlik tarixçəsi araşdırılıb. Tədqiqatların “Translational Medicine” jurnalında dərc olunmuş nəticələrinə görə, Parkinson xəstəliyi bağırsaqlarda başlayır və apendisit əməliyyatı olan insanların xəstələnmə ehtimalı 20 faiz azdır.
Məlum olduğu kimi, qalın bağırsağın çıxışında yerləşən apendiks heç bir funksiyası olmayan orqandır. Tədqiqatlar göstərib ki, onun içərisində olan “alfa sinüklein” adlı zəhərli protein Parkinson xəstələrinin beyin nahiyəsində də mövcuddur. Lakin alimlər bildiriblər ki, sözügedən xəstəlik sırf bu problemlə əlaqəli deyil və apendiksin kəsilməsi onu tamamilə aradan qaldırmır. Zəhərli proteinin məhz bağırsaqlarda böyüyərək “Vaqus” sərhədi (ağciyər-mədə sərhədi) vasitəsilə beyinə keçməsi faktı da sübut olunub.
Tədqiqat qrupunun üzvü Vivian Labriye bildirib ki, bu nəticələr əsasında insanlara Parkinson xəstəliyindən uzaq olmaq üçün apendisit əməliyyatı olmağı tövsiyə etmək düzgün deyil. “Alfa sinüklein”i nəzarətdə saxlamaq üçün daha çox proteinin yaranmasının qarşısını almaq daha ağlabatandır. Onun sözlərinə görə, bu səbəbdən Parkinson xəstələri tez-tez mədə-bağırsaq problemlərindən şikayət edirlər.
Britaniyadakı “Parkinson’s UK” təşkilatının üzvü Kleyr Beyl qeyd edib ki, xəstəliyin bağırsaqlardan başlaması ilə bağlı tədqiqatın nəticələri mühümdür. O əlavə edib: “Bu, inqilabi bir kəşfdir və Parkinson xəstəliyinin qarşısının alınmasına, habelə onun müalicəsinə kömək edəcək”.
Tədqiqatlar zamanı bütün insanların apendiksində “alfa sinüklein” proteini olduğu müəyyən edilib. Parkinson xəstələri ilə sağlam insanların protein tərkibi tamamilə fərqlidir. Eyni zamanda, alimlər hesab edirlər ki, nədən insanların yalnız bir qisminin Parkinson xəstəliyinə tutulması səbəblərini öyrənmək üçün zamana ehtiyac var.