Alimlər musiqinin təbiətə təsirini öyrəniblər

Gözəl musiqini ruhun qidası hesab edirlər, lakin onun sehrinə təkcə insanlar deyil, təbiətdə də düşənlər var. Klassik musiqinin delfin və köpək balıqlarına müsbət təsir etdiyi də məlumdur.

185

Gözəl musiqini ruhun qidası hesab edirlər, lakin onun sehrinə təkcə insanlar deyil, təbiətdə də düşənlər var. Klassik musiqinin delfin və köpək balıqlarına müsbət təsir etdiyi də məlumdur.

NUHÇIXAN xəbər verir ki, alimlər musiqinin təbiətə təsirini öyrənmək üçün bitkilər üzərində müşahidələr aparıblar. Məlum olub ki, klassik musiqi sədaları altında noxud iki gün tez yetişir, buğda isə daha tez boy atır. Aqressiv musiqilərin səslənməsi isə bitkilərin tez solmasına səbəb olur.

Musiqi dinləyərkən insanlar melodiyaya, çiçəklər isə ritmə münasibət bildirir. Sakit və klassik musiqilər hətta suyun üzündə də gözəl fiqurlar yaranmasına səbəb olur. Suyun yanında mənfi yüklü musiqinin səslənməsi zamanı molekulların daha xaotik hərəkəti müşahidə edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: