Alimlər herpes xəstəliyini aradan qaldıran DNT vaksini hazırlayıb

74

Rusiyada bir qrup alim tərəfindən herpes xəstəliyini aradan qaldıran DNT vaksini hazırlandığı barədə məlumat yayılıb.

NUHÇIXAN xəbər verir ki, əhalinin çox hissəsinin bu xəstəlikdən əziyyət çəkdiyi nəzərə alınarsa, preparatın residivlərin sayını azaldacağı və xəstəliyi tamamilə məhv edəcəyi mühüm əhəmiyyətə malikdir.

Rusiyanın Federal Tibbi-Bioloji Agentliyinin nümayəndələri bildiriblər ki, elmi işçilər herpesə qarşı unikal DNT vaksini hazırlayıblar. Həmin zərdab insanlara xəstəliyin residiv yaranma hallarının sayını azaltmağa və ideal vəziyyətdə aradan qaldırılmasına imkan verəcək. Yeri gəlmişkən, əlamətləri dəridə və selikli qişada qrup şəklində qabarcıq səpkiləri ilə xarakterizə edilən herpes insanlarda virus xəstəlikləri kateqoriyasına aid edilir. Virus ən çox hallarda dəri örtüyünü, gözləri zədələyir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: