Alimlər gövdə hüceyrələrinin köçürülməsi üzrə “inqilabi” əməliyyat aparıblar

154

ABŞ-ın Kaliforniya Universitetinin tədqiqatçıları dünya klinika təcrübəsində ilk dəfə olaraq onurğa beyninin xroniki zədəsi olan pasiyentlərə əsəb gövdə hüceyrələri köçürülməsi üzrə əməliyyatın ilkin mərhələsinin uğurla başa çatdığını bildiriblər.

NUHÇIXAN Rusiya KİV-lərinə istinadla xəbər verir ki, köçürülmə dörd pasiyentdən üçündə ciddi fəsadlar törətmədən onların vəziyyətinin yaxşılaşması ilə nəticələnib. Belə ki, insanın onurğa beynindən alınan əsəb gövdə hüceyrələri xətti istifadə olunub. Dörd könüllüyə hərəyə tərkibində 1,2 milyon gövdə hüceyrəsi olan 6 inyeksiya edilib. Alimlər əvvəlcə bu yanaşmanın təhlükəsizliyini yoxlamaq istəyiblər. Hər şey yaxşı keçib – transplantasiyanın tamamilə təhlükəsiz olması aşkarlanıb.

Yanaşmanın təsirliliyinə gəlincə, mütəxəssislərin fikrincə, dörd könüllüdən üçünün vəziyyətinin yaxşılaşması dramatik nəticə deyil. Hərəki, sensor funksiyalar və elektrofiziologiya kimi göstəricilər təhlil olunub. Hələ 2013-cü ildə alimlər onurğa zədəsi olan siçovullara gövdə hüceyrələrinin köçürülməsi əməliyyatını etmişdilər. Köçürülmənin nəticəsi əsəblərin regenerasiyasında və mobillik göstəricilərinin yaxşılaşmasında ifadə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: