Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların təsnifatında dəyişiklik edilib.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Dəyişikliyə əsasən, “Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nın “Sosiologiya” bölməsinə “Sosial struktur, sosial institutlar və proseslər” ixtisasından sonra “Sosial iş” ixtisası əlavə edilib.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.