NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Naxçıvan Dövlət Universitetinin kollektivi Dövlət Bayrağı Muzeyində olub.
Ziyarətçilərə Dövlət Bayrağı Muzeyi haqqında geniş məlumat verilib. Bildirilib ki, Naxçıvan Şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 22 avqust tarixli sərəncamı ilə yaradılıb. Bayraq Muzeyində ümumilikdə 134 eksponat mühafizə olunur və nümayiş etdirilir. Muzeydə Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında qəbul olunmuş “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” Qərar və həmin tarixi günə aid fotoşəkillər nümayiş olunur.
Universitetin kollektivi muzeydə sərgilənən müxtəlif dövrlərə aid digər eksponatlara da baxıblar.
Səadət Əliyeva