Ali təhsil ocağında sərhəd hərəkatı ilə bağlı tədbir olub

152

“Naxçıvan” Universitetindən NUHÇIXAN-a verilən məlumata görə, Universitetin Tarix kafedrasının təşkilatçılığı ilə “Sərhəd hərəkatı –tariximizin şanlı səhifəsidir” mövzusunda dəyirmi masa keçirilib. Universitetin tədris və tərbiyə işləri üzrə prorektoruHüseyn Bağırsoylu, tarix kafedrasının müəllimləri Mehman Şabanov və  Elçin Zamanov mövzu ilə bağlı çıxış ediblər.

Bildirilib ki, XX əsrin 80-ci illərinin sonunu Azərbaycan xalqının siyasi oyanışı, onun siyasi proseslərdə fəal iştirakı dövrü kimi səciyyələndirmək olar. Azərbaycan xalqının siyasi oyanışı 1987-ci ilin axırları – 1988-ci ilin əvvəlində başlayıb. 1989-cu il dekabrın 31 də  Naxçıvanda başlanan sərhəd hərəkatı isə Azərbaycan xalqının müstəqillik arzularının təcəssümü idi. Bu addım sonradan,1991-ci ildə  Azərbaycanın müstəqilliyini elan etməsi üçün keçilən yolun başlanğıcı kimi dəyərləndirilir.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: