Ali təhsil ocağında Mikayıl Müşfiqin 110 illiyi qeyd edilib

155

Naxçıvan Dövlət Universitetinin  Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a verilən xəbərə görə, Naxçıvan Dövlət Universitetində görkəmli şair Mikayıl Müşfiqin 110 illiyinə həsr edilmiş elmi-konfrans keçirilib.

Konfransda  repressiya qurbanı olan şairin həyat və yaradıcılığından, ədəbiyyatımızdakı xidmətlərindən söhbət açılıb. Vurğulanıb ki, 1908-ci il iyunun 5-də Bakının Dağlı məhəlləsində, ziyalı ailəsində dünyaya göz açan şairin atası müəllimlik edib, “Vüsuqi” təxəllüsü ilə şeirlər yazıb. Mikayıl Müşfiqin ilk mətbu əsəri olan “Bu gün” şeiri 1926-cı ildə “Gənc işçi” qəzetində, “Duyğu yarpaqları” adlı son şeiri isə 1937-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc edilib. Məhsuldar yaradıcılığı sayəsində 1930-cu ildən başlayaraq onun “Küləklər”, “Günün səsləri”, “Buruqlar arasında”, “Bir may”, “Pambıq”, “Vuruşmalar”, “Şeirlər”, “Şəngül, Şüngül, Məngül”, “Qaya”, “Kəndli və ilan” kitabları nəşr olunub. 1957-ci ildən başlayaraq “Seçilmiş əsərləri”, “Əsərləri”, “Duyğu yarpaqları”, “Əbədiyyət nəğməsi”, “Könlümün dedikləri”, “Həyat sevgisi” və digər adlar altında kitabları çap olunub. Qeyd edilib ki, şairin zəngin ədəbi irsinə şeirdən tutmuş poemayadək (“Çoban”, “Mənim dostum”, “Qaya”, “Sındırılan saz”, “Səhər”, “Azadlıq dastanı”) lirik növün əksər janrları daxildir.

Sonda tələbələrin şairin şeirlərindən ibarət  bədii qiraəti dinlənilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: