Ali təhsil ocağında lektoriya keçirilib

192

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a verilən məlumata görə, universitetdə “Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin banisidir” mövzusunda  lektoriya keçirilib.

Çıxış edənlər bildiriblər ki, 1991-ci ildə öz müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikası, 1918-1920-ci illərdə 23 ay ərzində mövcud olan və müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir. Vurğulanıb ki, ulu öndərin uğurlu siyasət varisi cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir. 

Bildirilib ki, Heydər Əliyev yolu Azərbaycanı firavan gələcəyə aparan yoldur. Həm iqtisadi, həm mədəni, həm də mənəvi inkişaf üçün həyata keçirilən siyasət bu yolun əsas qayəsidir.  Prezident İlham Əliyev bunu layiqli səviyyədə həyata keçirir.

Sonda ulu öndərin həyat və fəaliyyətini əks etdirən slayd nümayiş olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: