Ali təhsil ocağında “Hüquq günləri” keçirilib

187

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin əməkdaşlarının iştirakı ilə “Hüquq Günləri” təşkil olunub.

Tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tələbələrin ixtisaslarına uyğun olaraq müvafiq orqanlara təcrübə  keçmək üçün göndərildiklərini diqqətə çatdırıb.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin aparat rəhbəri Əjdər Əliyev 5 gün davam edəcək layihənin əhəmiyyəti, məqsədi və vəzifələri barəsində məlumat verib. Daha sonra Ali Məhkəmənin hakimi Vüqar Quliyev “Avropa İnsan Hüquqları Konvensiyası prizmasında şəxsi və ailə həyatına hörmət hüququ” mövzusunda çıxış edib.

Layihənin növbəti günündə universitetin Hüquq fənləri kafedrasının müəllimi Əli Qədimov “Yaşamaq hüququ Avropa İnsan Hüquqları Konvensiyasının ikinci maddəsinin işığında” mövzusunda  danışıb.  Layihənin üçüncü günündə Evtanaziya – Ölüm hüququ, yoxsa cinayət? mövzusunda hüquqi debat təşkil olunub. Hüquq fakültəsindən iki komandanın iştirak etdiyi debatda əsaslı dəlil və sübutlarla hər iki tərəfin mövzu ilə bağlı maraqlı fikirləri səsləndirilib. Sonra Ali Məhkəmənin əməkdaşı Surə Qurbanova “Uşağın valideynləri və digər qohumları ilə ünsiyyət hüququ”ndan bəhs edib.

Sonrakı iki gün ərzində tələbələr Ali Məhkəmədə məhkəmə prosesini izləyib, səhnələşdirilmiş məhkəmə prosesində iştirak ediblər. Sonra tələbələrə simulyasiya prosesində fəal iştirakına görə sertifikatlar təqdim edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: