Ali təhsil ocağında növbəti hesabat konserti keçirilib

142

Naxçıvan Dövlət Universitetində İncəsənət fakültəsi Xalq çalğı alətləri kafedrasının hesabat konserti keçirilib. 

Universitetin  Televiziya, mətbuat və ictimaiyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a verilən məlumata görə, konsert tələbələrin ifasında Azərbaycan klassik musiqisinin görkəmli nümayəndələri Cahangir Cahangirov, Fikrət Əmirov, Ramiz Mirişli və  Emin Sabitoğlunun əsərləri, Böyük Dayaq kinofilmindən Pərişanın mahnısı, “Şüştər təsnifi” və maraqlı kompozisiyalar nümayiş olunub. Tələbələrin ifasında həmçinin etüdlər də səsləndirilib.

Sonda universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbirə yekun vuraraq muxtar respublikada incəsənət xadimlərinin, bəstəkar və sənətşünasların fəaliyyətləri üçün yaradılan şəraitdən, hesabat konsertlərinin istedadlı tələbələrin üzə çıxarılması, onlarda professional ifaçılıq məziyyətlərinin aşılanması baxımından əhəmiyyətindən bəhs edib. 

Badəm Məmmədova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: