Ali Məclisin Sədri Sərəncam imzaladı

3. 073

Sentyabrın 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif haqqında sərəncam imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, sərəncamda deyilir:

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Muxtar Respublikasında arxeologiya sahəsində səmərəli fəaliyyətinə görə Katherine Anne Marro “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif edilsin”.

Qeyd edək ki, fransız arxeoloq Katherine Anne Marro Azərbaycan-Fransa Beynəlxalq Arxeoloji ekspedisiyasının tərkibində bir neçə ildir ki, muxtar respublika ərazisindəki arxeoloji abidələrin tədqiqi ilə məşğuldur. O, həmçinin  Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin tədqiqatçısıdır.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: