Ali Məclisin Sədri sərəncam imzaladı

4. 578

İyunun 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İsmayıl Muxtar oğlu Hacıyevin Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri vəzifəsinə təsdiq edilməsi haqqında  sərəncam imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, sərəncamda deyilir:

“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2003-cü il 12 fevral tarixli 86-II FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi haqqında Əsasnamə”nin 28-ci bəndinə uyğun olaraq və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri seçilmiş İsmayıl Muxtar oğlu Hacıyev bu vəzifəyə təsdiq edilsin.”

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: