Ali Məclisin Sədri Sərəncam imzaladı

119

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 2-də “2018-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Naxcivantv.az-ın məlumatına görə, Sərəncamda deyilir:

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II his­səsinin 22-ci bəndini rəhbər tutaraq rəsmi statistikanın inkişaf etdirilməsi və statistika sahəsində işlərin daha da təkmilləşdirilməsi məqsədilə  qərara alıram:

1. “2018-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəsmi statistikanın inkişafına dair  Dövlət Proqramı” təsdiq edilsin.

2. Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi bu Sərəncamın 1-ci hissəsində qeyd olunan Dövlət Proqramında nəzərdə tutulmuş tədbirləri əlaqələndirsin və icra barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin”.

Dövlət Proqramının tam mətni “Şərq qapısı” qəzetnin sabahki nömrəsində dərc ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: