Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyunun 8-də Hafiz Yaqubovun Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, fərmanda deyilir:
“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Hafiz Səyavuş oğlu Yaqubov Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilsin”.