Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı ilə Xəzəryanı ölkələrin V sammiti öz işinə başlayıb.
NUHÇIXAN xəbər verir ki, tədbiri giriş nitqi ilə Qazaxıstan prezidenti Nursultan Nazarbayev açıb.
Dövlət başçılarının Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalayacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev sammitdə iştirak etmək üçün bu gün Qazaxıstana səfər edib.