“Akhisarspor” tarixində ilk dəfə Türkiyə Superkubokunun qalibi olub

148

Avqustun 5-də futbol üzrə Türkiyə Superkuboku uğrunda oyunda ötən mövsümün superliqa çempionu “Qalatasaray” Türkiyə kubokunun qalibi “Akhisarspor”la qarşılaşıb.

NUHÇIXAN xəbər verir ki, görüş “Akhisarspor”un qələbəsi ilə başa çatıb.

Baş hakim Cüneyt Çakırın idarə etdiyi oyunda hesabı birinci hissənin 5-ci dəqiqəsində Yevqeni Seleznyovun vurduğu qolla “Akhisarspor” komandası açıb. Lakin qalatasaraylılar matçın ikinci hissəsinin 79-cu dəqiqəsində hesabı bərabərləşdirməyə nail olublar. Eren Derdiyok Yuto Naqatomonun ötürməsini qola çevirib.

“Qalatasaray” komandası görüşün qalan dəqiqələrində üstün oyun nümayiş etdirsə də, hesab dəyişməyib-1:1.

Əlavə olunan vaxtda da qalib müəyyənləşmədiyindən 11 metrlik cərimə zərbələri seriyası təyin olunub.

Beləliklə, gərginliyi ilə yadda qalan matçda penaltilər seriyasında 5:4 hesabı ilə qalib gələn “Akhisarspor” tarixində ilk dəfə Türkiyə Superkubokunun qalibi olub. “Qalatasaray”ın hücumçusu Bafetimbi Qomisin zərbəsini rəqib komandanın qapıçısı dəf edib.

Qarşılaşmanın 44-cü dəqiqəsində yaranan mübahisəli epizodda Türkiyə futbol tarixində ilk dəfə olaraq videonəzarət sistemindən (VAR) istifadə edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: