Akademik İsa Həbibbəyli: Naxçıvanda İslam dininə cəhalət və fanatizmdən uzaq yeni bir baxış – elmi və mədəni yanaşma formalaşıb

329

NUHÇIXAN xəbər verir ki, bu sözləri iyunun 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclasında Təşkilat Komitəsinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli deyib.

Akademik qeyd edib ki, Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı seçilməsi əlamətdar hadisədir. Görülən işlər Naxçıvanı İslam Mədəniyyətinin Paytaxtı kimi Azərbaycan dövlətçiliyinə layiq şəkildə bütün dünyaya təqdim edəcəkdir. Naxçıvan təktanrıçılığın mərkəzidir və qədim diyarda bununla bağlı 3 mühüm abidə vardır. Bu torpaqda böyük mədəniyyət formalaşıb. Naxçıvan abidələrində İslami dəyərlər və dünyəvilik vəhdətdə götürülüb. Nəticədə Naxçıvanda İslam dininə cəhalət və fanatizmdən uzaq yeni bir baxış – elmi və mədəni yanaşma formalaşıb. Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı seçilməsi və bununla bağlı görülən işlər İslama münasibətin Naxçıvan modeli, əslində isə ümumdünya miqyasında gerçək İslam modelidir.

İsa Həbibbəyli onu da deyib ki, Azərbaycan Milli Elmlər Akademiyasında Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı seçilməsi ilə bağlı tədbirlər keçirilib, “Naxçıvan xalçaları” və “İslamda müdrik kəlamlar” kitabları ərəb dilinə tərcümə olunub, dövrü mətbuatda məqalələr dərc olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: