Ailə təsərrüfatlarına maliyyə dəstəyi davam edir

178

NUHÇIXAN-ın məlumatına görə, ailə təsərrüfatlarının iqtisadi inkişafdakı rolunu nəzərə alaraq Naxçıvan Muxtar Respublikasında da onların fəaliyyətlərinin stimullaşdırılması, genişləndirilməsi üçün güzəştli kreditlərin verilməsi davam etdirilir.  Belə ki, 2018-ci ilin iyul ayı ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2 heyvandarlıq, 2 arıçılıq təsərrüfatlarının və meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi sahəsinin yaradılması məqsədilə 5 ailə təsərrüfatına 51 min 600 manat kredit verilib. Ümumilikdə isə fond tərəfindən bu məqsədlə cari ilin ötən dövrü ərzində 17 ailə təsərrüfatına 196 min 900 manat dövlət maliyyə dəstəyi göstərilib.

Bundan başqa ailə təsərrüfatlarında istehsal olunan məhsulların tanıdılması, təşviqi və sərgisi məqsədilə “Naxçıvan Biznes Mərkəzi” MMC-nin sərgi salonunda 37 ailə təsərrüfatının 17 növdə 112 çeşiddə məhsullar  nümayiş olunur.

 

NUHÇIXAN

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: