Ahıllar Rüstəm meşəsində istirahət ediblər

643

Şahbuz şəhərində fəaliyyət göstərən Ahıllar evi sakinlərinin rahat yaşayışı üçün tibbi və sosial reabilitasiya xidmətləri göstərilir. Əlamətdar günlərdə onların iştirakı ilə tədbirlər keçirilir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi  Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, iyunun 1-də Ahıllar Evi sakinlərinin Rüstəm meşəsində gəzintiləri təşkil edilib.
Burada sakinlər üçün çay süfrəsi təşkil olunub.

Tədbirdə, Naxçıvan Aşıqlar Birliyinin üzvlərinin ifa etdikləri bir-birindən maraqlı saz havaları gəzinti iştirakçılarında xoş ovqat bəxş edib.

Sonda ahıllar onlara göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: