Ahıllar muzeylərlə tanış olublar

221

NUHÇIXAN xəbər verir ki, Ahıllar evi sakinlərinin muxtar respublika muzeylərinə  ekskursiyaları davam edir. Bu dəfə ziyarətçilər əvvəlcə Naxçıvan Dövlət Xalça Muzeyində olublar. Burda Naxçıvan xalçaçılıq məktəbinə xas xovsuz və xovlu xalça növləri  habelə toxuculuq alətləri, mis və saxsı qablar barədə ətraflı məlumat verilib. Daha sonra onlar  “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini gəziblər. Qonaqlara tarixi abidə haqqında ətraflı məlumat verilib.  Bildirilib ki, beş yüzə yaxın eksponatın sərgiləndiyi və orijinal tərtibatı ilə seçilən muzeydə Naxçıvan Muxtar Respublikasının ərazisində aşkarlanan tarixi əşyalar nümayiş etdirilir.

Sonda ahıllar öz təəssüratlarını onlar üçün təşkil üçün çay süfrəsi arxasında bölüşüblər. Ahılların muxtar respublikanın gəzməli-görməli yerlərinə ekskursiyaları davam edəcək.

                                                  Sadiq Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: