Ahıllar evində bayram  tədbiri keçirilib

336

NUHÇIXAN xəbər verir ki,   31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Şahbuz şəhərindəki Ahıllar evində tədbir keçirilib.

Tədbirdə Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Nicat Babayev bildiriblər  ki, muxtar respublikada dinamik inkişafın təmin edilməsi ahıl vətəndaşlara göstərilən xidmətlərin həcminin ilbəil artmasına geniş imkanlar yaradıb. Ahıllar evində sakinlərin rahat və fəal həyat tərzində yaşamaları üçün hər cür şərait yaradılıb.  Ahıl insanların sağlamlıqlarının qorunmasına, yaşayış səviyyəsinin yüksəlməsinə xüsusi önəm verilir. Onlara mütəmadi olaraq tibbi və sosial reabilitasiya xidmətləri göstərilir. Ahılların  asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Ahıllar evində də sakinlərin rahat yaşaması üçün hərtərəfli şərait yaradılıb. Ahıllar bayram tədbirlərinə dəvət olunur, onlarla görüşlər keçirilir.

Tədbirin bədii hissəsində sağlamlıq imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupu sakinlər qarşısında konsert proqramı ilə çıxış edib.
Sonda sakinlərə hədiyyələr təqdim olunub.

Qeyd edək ki, görüşdə muxtar respublikanən ali və orta ixtisas məktəblərinin də bir qrup tələbəsi iştirak edib.

                           Novruz Məmmədov  

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: