Ahıllar Ağbulaq kəndində olublar

429

NUHÇIXAN xəbər verir ki, 15 iyun Milli Qurtuluş Günü ilə bağlı Ahıllar evi sakinləri Ağbulaq kəndində olublar. Onlar üçün kəndin ətrafındaki təbiətə gəzinti təşkil edilib. Burada ahıllara yemək və çay süfrəsi açılıb.  Bu addım yaşlı nəslin nümayəndələrinə dövlət tərəfindən göstərilən qayğının növbəti nümunəsidir.Ahıllar üçün Naxçıvan Aşıqlar Birliyinin üzvlərinin ifasında saz havalarından ibarət konsert olub. Qeyd edək ki, onların davamlı olaraq muxtar respubilkanın görməli yerlərinə gəzintiləri təşkil olunur. Ahılların muxtar respublikamızın tarixi yerlərinə, ziyarət ocaqlarına, mədəniyyət müəssisələrinə ekskursiyaları davam etdiriləcək.

Sadiq Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: