Ahıllar “Əshabi-Kəhf” Dini-Mədəni Abidə Kompleksini ziyarət ediblər

216

NUHÇIXAN xəbər verir ki, muxtar respublikada sosial xidmət göstərilən, qayğıya ehtiyacı olan  30 nəfər tənha-ahıl “Əshabi-Kəhf” Dini-Mədəni Abidə Kompleksini ziyarət edib. Tədbiri Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1 oktyabr-“Beynəlxalq Ahıllar Günü”  münasibətilə təşkil edib. Əshabi-Kəhfin  müqəddəs sayılan məqamlarını ziyarət edən ahıllar dini ayinləri yerinə yetirib, məsciddə namaz qılıb, dualar ediblər.

Ziyarətgaha gələn tənha-ahıllar üçün qurban kəsilib və hər birinə qurban ətindən pay verilib. Tədbir onlar üçün təşkil edilən çay süfrəsi ilə yekunlaşıb.

 

Cavid Səfərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: