Ahıllar “Əshabi-Kəhf” Dini-Mədəni Abidə Kompleksini ziyarət ediblər
NUHÇIXAN xəbər verir ki, muxtar respublikada sosial xidmət göstərilən, qayğıya ehtiyacı olan 30 nəfər tənha-ahıl “Əshabi-Kəhf” Dini-Mədəni Abidə Kompleksini ziyarət edib. Tədbiri Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1 oktyabr-“Beynəlxalq Ahıllar Günü” münasibətilə təşkil edib. Əshabi-Kəhfin müqəddəs sayılan məqamlarını ziyarət edən ahıllar dini ayinləri yerinə yetirib, məsciddə namaz qılıb, dualar ediblər.
Ziyarətgaha gələn tənha-ahıllar üçün qurban kəsilib və hər birinə qurban ətindən pay verilib. Tədbir onlar üçün təşkil edilən çay süfrəsi ilə yekunlaşıb.
Cavid Səfərli