Ağır atletika üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi başa çatıb

144

Mayın 25-27-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında keçirilən Azərbaycan birinciliyi başa çatıb.

NUHÇIXAN xəbər verir ki, körpücük üzərinə son olaraq yaşı 17-yə qədər olan oğlanlar arasında çəkisi 77, 85, 94 və +105 kiloqram olan atletlər çıxıblar.

77 kiloqram çəki dərəcəsində toplam 275 kiloqram (125+150) nəticə ilə Füqan Əliyev, 85 kiloqram çəki dərəcəsində toplam 307 kiloqram (137+170) nəticə ilə Tarmenxan Babayev, 94 kiloqram çəki dərəcəsində toplam 110 kiloqram (50+60) nəticə ilə Nəsib Yusifov, +105 kiloqram çəki dərəcəsində isə toplam 295 kiloqram (133+162) nəticə ilə Həsənbəy Həsənzadə qızıl medal əldə ediblər.

Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edib. Birinciliyin keçirilməsində məqsəd ölkənin ən güclü yeniyetmə atletlərinin müəyyən edilməsi, ağır atletika idman növünün təbliğ və inkişaf etdirilməsi, dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması, həmçinin qarşıdakı beynəlxalq yarışlara hazırlıq və seçimdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: