Ağbulaq Xizək Mərkəzində tikinti işləri davam  etdirilir

449

NUHÇIXAN xəbər verir ki,  xizək mərkəzində işlərə iyul ayından başlanılıb. Mərkəzdə ümumi uzunluğu 1500, eni isə 30 metr olan dağ-xizək enişi, kanat yolu, xizəksürmə məktəbi, əyləncə və uşaq parkları yaradılacaq, süni qaryaratma sistemləri qurulacaq. Mərkəzin əsas infrastrukturu kanat yoludur. Uzunluğu 952 metr olan kanatın başlanğıc və son dayanacaq yeri arasındakı hündürlük fərqi 267 metr olacaq. Kanat yolunda hər biri 4 yerlik olmaqla 58 oturacaq quraşdırılacaq ki, bu da saatda 1000-dən artıq insana xidmət etməyə imkan verəcək. Əyləncə və uşaq parklarında, eləcə də başlanğıc sahədə 231 metrlik konveyer xətləri yaradılacaq. Mərkəzi lazım olan qar örtüyü ilə 26 sabit və 2 hərəkətli süni qaryaratma sistemi təmin edəcək. Həmçinin ərazidə turistlərin istirahəti üçün də şərait yaradılacaq, xidmət sahələri istifadəyə veriləcək.

Tikinti işləri Fransanın dağ-xizək mərkəzlərinin yaradılması sahəsində böyük iş təcrübəsi olan “MND” şirkətinin layihəsi əsasında həyata keçirilir. Hazırda mərkəzin dağ xizək eniş yolunda işlər davam etdirilir.

    

                                                                                Novruz Məmmədov 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: