Ağbulaq kəndi ərazisində yaşıllaşdırma  işləri aparılır

110

NUHÇIXAN xəbər verir ki, Şahbuz rayonunun Ağbulaq kəndində təbii bərpaya kömək məqsədi ilə 150 kiloqram yerli ağac və kol bitkilərinin toxumları əkilib. Əkin zamanı badamça, cəviz, alça, “Qırmızı Kitab”a daxil olan yemişan və həmərsin toxumlarına daha çox üstünlük verilib.

Yaxın günlərdə Ağbulaq kəndində relyefin əlverişli olduğu sahələrdə meşə və meyvə tinglərinin də əkilməsi nəzərdə tutulur.

Qeyd edək ki, bu ilin yaz əkin mövsümündə muxtar respublikanın şəhər, qəsəbə və kəndlərində, ümumilikdə, kənd təsərrüfatı əkinləri üçün yararsız olan 223 hektar sahədə meşəsalma, meşəbərpa işləri aparılıb. Ağbulaq kəndi ərazisində isə 15 hektar sahədə toxumla bərpa işləri aparılıb, kəndə gedən yolun kənarında bərpa məqsədilə 400 ting əkilib.  Payız mövsümündə muxtar respublikada 309 hektar sahədə yaşıllıqların salınması nəzərdə tutulur.                                                                                   

                                                                                   Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: