Afrindəki terrorçuların Türkiyə-Suriya sərhədi ilə təması kəsildi

142

“Zeytun budağı” əməliyyatı çərçivəsində indiyədək 87-si kənd olmaqla, 115 strateji nöqtə YPG/PKK-İŞİD terrorçularından azad edilib.

Naxcivantv.az  Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Afrində aparılan əməliyyatlar nəticəsində terrorçuların Türkiyə-Suriya sərhədi ilə bütün yerüstü təmaslarını kəsmək mümkün olub.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından yayılan açıqlamaya görə, “Zeytun budağı” əməliyyatının başlanğıcından etibarən 2059 terrorçu zərərsizləşdirilib. Onların 58-i sağ olaraq ələ keçirilib. Məlumatda, həmçinin mülki əhalinin təhlükəsizliyini qorumaq və hərəkatı hədəfinə uğurla çatdırmaq məqsədilə bölgəyə xüsusi təyinatlı jandarm və polis dəstələrinin göndərildiyi bildirilir.

Xatırladaq ki, Türkiyənin Suriya ilə sərhədindəki Afrin bölgəsinin terrorçulardan təmizlənməsinə yönəlmiş “Zeytun budağı” əməliyyatı yanvarın 20-də başlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: