Adi çuğundurun orqanizmə olan inanılmaz faydaları

298

Çuğundur bağırsaqlar üçün ən faydalı tərəvəzlərdən biridir.

Qidalı liflərlə zəngin olduğundan çuğundur bağırsaqları yaxşı təmizləyir, xeyirli mikrofloranın artmasına kömək edir, bağırsaq xərçənginin riskini azaldır.

Mütəxəssislər çuğunduru beyin üçün də çox xeyirli hesab edir. Çuğundur beyinin fəaliyyətini stimullaşdırır, beyin damarlarını genişləndirir, beyində qan dövranını yaxşılaşdırır, Alsheymer xəstəliyinin riskini azaldır.

Çuğundur qanazlığı zamanı da faydalı sayılır. Lakin bunun səbəbi çuğundurda olan dəmir deyil. Dəmirin əsas mənbəyi ətdir. Çuğundurda dəmir azdır. Bundan əlavə meyvə və tərəvəzlərdə olan dəmir orqanizm tərəfindən çox pis mənimsənilir. Çuğundurun qana olan faydası onun tərkibində olan fol turşusundadır.

Çuğundur qaraciyər üçün də çox faydalı sayılır. NUHÇIXAN Rusiya KİV-lərinə istinadla xəbər verir ki, mütəxəssislərin müşahidələrinə görə, çuğundurun müntəzəm istehlakı qaraciyərin piylənməsinin qarşısını alır, qaraciyərin hüceyrələrini qoruyur və onların həyatını uzadır.

Çuğundur ürək-damar sisteminin sağlamlığını qoruyur, yüksək arterial təzyiqi salır.

Çuğundurun tərkibində olan “betasianin” adlı maddə çox güclü antioksidantdır. Betasianin prostat vəzi və süd vəzi xərçənginin inkişafını ləngitmək xüsusiyyətinə malikdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: