NUHÇIXAN xəbər verir ki, iyulun 21-də Acarıstan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar iclası keçirilib.
İclasda hakim “Gürcü arzusu-Demokratik Gürcüstan” partiyasının namizədi Tornike Rijvadze Acarıstan Muxtar Respublikası hökumətinin başçısı vəzifəsinə təsdiq olunub.
Tornike Rijvadze Gürcüstanın energetika nazirinin müavini, Gürcüstan Energetikasının İnkişafı Fondunun direktoru vəzifələrində çalışıb.
Xatırladaq ki, Acarıstan Muxtar Respublikasının keçmiş hökumət başçısı Zurab Pataradze iyulun 4-də istefa verib.