Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Zurab Pataradze: “Naxçıvanın iqtisadiyyatı və biznes sahələri özünün çiçəklənmə dövrünü yaşayır”

348

Gürcüstanın Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Zurab Pataradze Naxçıvanda işgüzar səfərdə olub. NUHÇIXAN rəsmi qonağın səfər təəssüratları ilə bağlı Naxçıvan televiziyasına verdiyi müsahibəni təqdim edir:

Bu gün biz Naxçıvan Muxtar Respublikasında görüşməyimizə çox şadıq. Bildiyiniz kimi, Naxçıvan Muxtar Respublikası və Acarıstan Muxtar Respublikası strateji əhəmiyyətli əməkdaşlar, partniyorlar olmaqla yanaşı, həm iki dost, qardaş regionlardır. Bu günkü görüşün əsas məqsədi ikitərəfli əlaqələri daha da dərinləşdirmək, hər iki region arasında ticari dövriyyəni artırmaq və həmçinin iqtisadiyyatın daha da yaxşılaşmasını təmin edən yeni sferaları üzə çıxarmaqdır. Bu gün biz Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı ilə yaxından tanış olduq. Müəssisələrdə keçirilən bir sıra tədbirlərdə iştirak etdik. Mən fəxr edirəm ki, bizə dost olan muxtar respublikada bu cür unikal çoxfunksiyalı müəssisələr fəaliyyət göstərir. Qeyd etmək lazımdır ki, bir çox zavodlar və firmalar yüksək standartlara malikdirlər. Göstərdiyi qayğıya və səylərə görə mən görkəmli insana, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova öz minnətdarlığımı bildirirəm. Mən görürəm ki, Naxçıvanın iqtisadiyyatı və biznes sahələri özünün çiçəklənmə dövrünü yaşayır. Qeyd etmək istəyirəm ki, Naxçıvana 1 il əvvəl gəlmişdim. Bu gün eyni küçələrdən keçdiyim zaman böyük biz fəxr hiss etdim. Bu da Naxçıvan Muxtar Respublikası rəhbərinin əməyinin və səbirli işinin nəticəsidir. Artıq bizim yüksək əməkdaşlıq potensialımız var. Gələcək planlarımızda biznes nümayəndələri ilə görüşlərimiz baş tutacaq. Hətta bir neçə ümumi müəssisələrin açılışı da nəzərdə tutulur. Əlbəttə ki, biz də bu il Azərbaycanda və konkret olaraq Naxçıvan Muxtar Respublikasından çox sayda turist və qonaq gözləyirik. Və yekunda qeyd etmək istəyirəm ki, Naxçıvanda baş tutan iki günlük görüşümüz çox səmərəli oldu. Belə ki, yaxın zamanda biznes nümayəndələri ilə belə görüşlərin keçirilməsi bizim regionda da nəzərdə tutulur. Belə qənaətə gəlmək olar ki, uğurlarımız daha da çox olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: