ABŞ prezidenti ermənilərin istəyini gözündə qoydu

66

Aprelin 24-də Ağ ev ABŞ prezidenti Donald Trampın 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrin ildönümü ilə əlaqədar bəyanatını yayıb.

NUHÇIXAN xəbər verir ki, Tramp Amerikanın erməni icmasına başsağlığı verib, lakin həmin hadisələri “soyqırımı” adlandırmayıb, hərçənd erməni lobbisi buna nail olmaq üçün illər boyu çalışır. Bəyanatda deyilir: “Bu gün biz XX əsrin ən dəhşətli kütləvi qətllərindən biri olan Mets Yeqern zamanı zərərçəkmişlərin xatirəsini yad edir və onlara ehtiramımızı bildiririk”.

Ermənicədən tərcümədə “böyük qırğın” mənasını verən “Mets Yeqern” sözləri ilk dəfə prezident Obama tərəfindən 1915-ci il hadisələri ilə əlaqədar illik bəyanatda istifadə edilib. Bu, son onilliklər ərzində ABŞ administrasiyasından, o cümlədən ölkə prezidentindən məhz “erməni soyqırımı” sözlərini eşitmək üçün dəridən-qabıqdan çıxan və xeyli vəsait sərf edən erməni lobbisini o qədər də sevindirməyib. Beynəlxalq ekspertlərin fikrincə, ermənilər təkcə qondarma soyqırımının tanınmasına çalışmırlar, onlar həm də bu zəmində kompensasiya ödənilməsinə, Türkiyəyə qarşı ərazi iddialarına baxılmasına nail olmaq istəyirlər.

Bununla bərabər, erməni lobbisi erməni quldur dəstələri tərəfindən elə həmin dövrdə yarım milyondan çox türkün qırılması, 1918-1920-ci illərin erməni-azərbaycanlı müharibəsi zamanı, həmçinin 1988-1994-cü illərin Qarabağ müharibəsi dövründə yüz minlərlə azərbaycanlının, o cümlədən Malıbəylidə, Quşçularda, Qaradağlıda, Ağdabanda və Xocalıda dinc sakinlərin kütləvi şəkildə qətlə yetirilməsi barədə diskussiyalara qoşulmaqdan çəkinir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: