ABŞ-ın vitse-prezidenti: “Rahib Branson buraxılmasa, Türkiyəyə sanksiya tətbiq olunacaq”

258

ABŞ-ın vitse-prezidenti Mayk Pens (Mike Pence) Türkiyədə həbsdən ev dustaqlığına buraxılan amerikalı rahib Endryü Bransonun (Andrew Brunson) tam azad olunmasını tələb edib.

NUHÇIXAN-nın “Habertürk”ə istinadən verdiyi xəbərə görə, M. Pens din xadiminin azad edilməyəcəyi təqdirdə, Türkiyəyə sanksiya tətbiq olunacağını bildirib.

“Həbsxanadan buraxıldıqdan sonra rahib Bransonla telefon əlaqəsi saxladım. Həbsxanadan çıxsa da, bu din adamı ev dustağıdır. Tamamən sərbəst buraxılmasına və ABŞ-a geri dönməsinə nail olmaq üçün prezidentin və bütün rəhbərliyin çalışmağa davam edəcəyi barədə ona təminat verdim”, – deyə M. Pens qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: