ABŞ-ın “Ford” şirkəti 1,5 milyon avtomobilini geri çağırıb

125

Amerikanın “Ford Motor Co” avtomobil şirkətinin rəhbərliyi Şimali Amerikadan “Focus” modeli olan 1,5 milyon avtomobili üfləmə klapanındakı nasazlığa görə geri çağırdığını bəyan edib. Bu, yalnız 2012-ci ildən 2018-ci ilə kimi istehsal olunan 2 litrlik GDİ ya da GTDİ mühərrikləri ilə təchiz olunmuş avtomobillərə tətbiq olunur.

NUHÇIXAN xəbər verir ki, şirkətin məlumatına görə, üfləmə klapanı acıq vəziyyətdə qala və avtomobilin plastik yanacaq bakının deformasiyasına səbəb ola bilər. Bu baş verdikdə isə nasazlıq indikatoru işə düşür ya da yanacağın miqdarı dəyişkən və qeyri-dəqiq göstərilir. Sözügedən nasazlıq avtomobilin yenidən işə salınmasına ya da nəqliyyat vasitəsi hərəkət edərkən mühərrikin dayanmasına səbəb ola bilər. Şirkət bu nöqsanın hər hansı qəza, travma və yanğın hadisəsinə səbəb olmadığını bildirib.

Oktyabrın 17-də “Ford”un administrasiyası şirkətin gəlirlərinin üçüncü rübdə 34,66 milyard dollar təşkil etdiyini və bu göstəricinin ötən ilə nisbətən 3 faiz çox olduğunu bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: